Həccə gedəcək ən gənc zəvvarın yaşı açıqlandı

   Həccə gedəcək    ən gənc zəvvarın    yaşı açıqlandı
  07 İyun 2022    Oxunub:1567
Bu il Həcc ziyarətinə gedəcək ən gənc şəxsin 22 yaşı var.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri AzVision.az -a açıqlamasında bildirib ki, ən yaşlı zəvvar 1958-ci il təvəllüdlüdür:

“İyunun 29-u, 30-u və iyulun 1-i, 2-si tarixlərində yola düşəcək hər təyyarədə 175-180 nəfər olacaq və onlar 4 qrupa bölünəcəklər. Həcc ziyarətinə gedəcək zəvvarların 80 faizi kişilər, 20 faizi isə qadınlardır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın tələblərinə əsasən 20.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir. Zəvvarlar Krallığa daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. Həcc ziyarətinin builki qiyməti 9 106 manat müəyyən olunub.

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti