AQTA Şəmkirdə 6 nəfərin zəhərlənməsini təsdiqləmədi

AQTA Şəmkirdə 6 nəfərin zəhərlənməsini təsdiqləmədi
  07 İyun 2022    Oxunub:917
Şəmkir rayonunun Seyfəli kəndində altı nəfərin qida zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə həkim tərəfindən “qastroenterit” (həzm sisteminin xəstəliyi) diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar:

"AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".

AzVision.az


Teqlər: AQTA  



Xəbər lenti