Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib
  07 İyun 2022    Oxunub:1408
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.



AzVision.az



Teqlər:



Xəbər lenti