"Suallar çətin idi, şagirdləri nəzərə almamışdılar" - Yüksək nəticə göstərən Ayan

 "Suallar çətin idi, şagirdləri nəzərə almamışdılar" -    Yüksək nəticə göstərən Ayan
  07 İyun 2022    Oxunub:5110
Dövlət İmtahan Mərkəzinin 21-22 may 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrinə görə II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə göstərək 394 bal toplayıb.

Onlardan biri Bakı şəhəri, 7 saylı orta məktəbin məzunu Ayan Dəmirlidir. O, birinci imtahanda 282 bal toplayıb və ümumi balı 676-dır.
Nəticələr gecə açıqlanasa da Ayan balını bu gün səhər öyrənib. AzVision.az -a müsahibəsində o bildirib ki, yüksək bal toplayacağını gözləyirdi, amma 400-ə yaxın olacağına ümid etmirdi.

- İki il repetitor yanına hazırlığa getmişəm, çox çalışırdım və yüksək nəticə əldə etdim. Qəbul imtahanının ikinci cəhdində iştirak etməyəcəm, çünki yetəri qədər yüksək bal toplamışam.

Qəbul imtahanının suallarına gəlincə, gələcək tələbə onların orta səviyyəli abituriyent üçün olduqca çətin olduğunu deyib:

“Suallar çətin idi, orta səviyyəli şagirdlər nəzərə alınmamışdı. Düzdür, mənim üçün çətin deyildi, amma düşünmə tələb edirdi, nəticədə vaxt gedirdi. Əsasən riyaziyyat fənninin sualları çətin idi”.

A.Dəmirli Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi olmaq niyyətindədir. O, UNEC-in maliyyə ixtisasında oxumaq istəyir. Bakalavrı bitirdikdən sonra isə magistr təhsili İngiltərədə almaq gələcək planlarındandır.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti