Atdan yıxılan şair palataya köçürüldü
Qurbanov gözünü xəstəxanada açdığını bildirib: “Təbii, ilk olaraq qızımı və oğlumu soruşdum. Çünki onların hər ikisi həmin an mənim yanımda idilər. Yaxınlarımın dediyinə görə, mən yıxılandan sonra itlər heç kimə təhlükə yaratmayıblar. İt də, at da insanın dostudur, biz də ailə olaraq heyvansevərik”.
Şair atın vəziyyətinin yaxşı olduğunu açıqlayıb: “Amma bir uğursuzluq oldu və mən kifayət qədər ciddi xəsarət almışam. Yaxınlarım belə reanimasiyaya buraxılmırdı. Şükür ki, bu ağır mərhələni həkimlərin sayəsində qısa müddətdə geridə qoyduq”.
Qurbanov onu soruşan, yanında olmaq istəyən, xəstəxana həyətində gözləyən hər kəsə təşəkkür edib: “Və mənə dua edən hər kəsə minnətdaram və bütün mətbuata, jurnalist dostlarıma, xəbər səhifələrinə diqqətiniz üçün minnətdaram”.(Qafqazinfo)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


