"Azərbaycan Türkiyənin siyasi dəstəyini yüksək qiymətləndirir" - Nazir

   "Azərbaycan Türkiyənin siyasi dəstəyini yüksək qiymətləndirir" -     Nazir
  06 İyun 2022    Oxunub:1095
Böyük siyasi-iqtisadi potensiala malik olan Türkiyə-Azərbaycan müttəfiqliyi bölgəmizdə sülh, əmin-amanlığa və tərəqqiyə xidmət edir.

AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 30-cu ildönümü bağlı tədbirdə deyib.
"Bu il Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin bərpa edilməsinin 30 illiyinə qeyd edirik.Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olub. Azərbaycan Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə və sonrakı dövründəki siyasi dəstəyini yüksək qiymətləndirir.

Bu illər ərzində reallaşan Bakı -Tbilisi Ceyhun neft kəməri, Bakı-Tbilis-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qar dəmir yolu, TANAP, TAP və digər layihələr xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir".

Nazir qeyd edib ki, Türkiyənin uğurlu inkişafı Azərbaycanda hər kəsi məmnun və xoşbəxt edir: "Əminəm ki, Türkiyə- Azərbaycan ittifaqlığı, qardaşlığı yüksək xətlə inkişaf edəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti