Avropa zonası üzrə son vəsiqənin sahibi bilindi - DÇ-2022

   Avropa zonası üzrə son vəsiqənin sahibi bilindi -    DÇ-2022
  06 İyun 2022    Oxunub:1494
Bu gün DÇ-2022-yə Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşib.
AzVision.az xəbər verir ki, pley-off mərhələsinin final oyununda Uels və Ukrayna milli komandaları qarşılaşıb. Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda keçirilən görüşdə Uels 1:0 hesabı ilə qalib gələrək 64 ildən sonra tarixində 2-ci dəfə mundiala vəsiqə qazanıb. Komanda DÇ-2022-nin B qrupunda İngiltərə, İran və ABŞ-a rəqib olub.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

Xatılradaq ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

5 iyun

DÇ-2022, pley-off mərhələsi, final

20:00. Uels - Ukrayna - 1:0

Qol: Yarmolenko, 34-avtoqol

Baş hakim: Mateu Laos (İspaniya)

Kardiff. "Kardiff Siti" stadionu

AzVision.az


Teqlər:



Xəbər lenti