Bərdədə ev yandı

Bərdədə ev yandı
  22 Aprel 2014    Oxunub:880
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Bərdə rayonunun rayon mərkəzindən 13 km aralıda yerləşən Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb.
Yanğın zamanı 5 nəfər xəsarət alıb. Yanğın, yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti