“NİDA-çıların həbsdə olmasının səbəbkarı Qəmbərlə Kərimlidir”

“NİDA-çıların həbsdə olmasının səbəbkarı Qəmbərlə Kərimlidir”
  22 Aprel 2014    Oxunub:1159
“Azərbaycan hüquqi dövlət olduğundan, bütün məsələlər hüquq çərçivəsində həll edilməlidir. Kimliyindən asılı olmayaraq, vətəndaş fəaliyyətində cinayət hadisəsinə yol veribsə, hüquq qarşısında cavab verməlidir”.
Bu sözləri mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı NİDA-çı gənclərə verilmiş məhkəmə hökmünün bir qrup müxalifət nümayəndəsi tərəfindən siyasiləşdirilməsinə münasibəti bildirərkən deyib.

BAXCP rəsmisi qeyd edib ki, NİDA gənclər təşkilatının üzvlərinin bu gün həbsdə olmasının bilavasitə səbəbkarı İsa Qəmbərlə Əli Kərimlidir: “Onlar nəinki bu gəncləri, eyni zamanda ətraflarında olan bütün gəncləri ölkədə iğtişaşlar törətməyə, qarşıdurmalar yaratmağa yönləndirirlər. Bu gənclər hesab edirlər ki, belə qarşıdurmalar yaratmaqla İsa Qəmbəri və ya Əli Kərimlini hakimiyyətə gətirə bilərlər. Onların gənclər siyasətinin mahiyyəti budur. Düşünürlər ki, Azərbaycanda bir qrup gəncləri öz təsirlərinə salıb ölkədə inqilablar edə bilərlər. Bu, çox yalnış fikirdir. Həbs edilən gənclər məhz bu siyasətin qurbanlarıdır”.

Niyaməddin Orduxanlı onu da qeyd edib ki, hətta NİDA-çı gənclərin istintaq prosesi bitməmiş radikal müxalifətin rəhbərliyində olan aparıcı şəxslər Kislovoskda, Pyatiqorskda, Rusiyanın ən mötəbər sanatoriya və kurortlarında istirahətə gediblər: “Onların heç yadlarına da düşməyib ki, bu gənclər onlara görə həbsə atılıblar. İsa Qəmbər öz oğlunun Azərbaycan ordusunda iki ay xidmət etməsinə belə razı olmadı. O, oğlunu xəstə obrazı altında gizlətdi ki, vətəninə xidmət etməsin. Əli Kərimli oğlunu Avropada, İngiltərədə böyük məbləğdə pullar hesabına oxutdurur. Amma başqa gəncləri həbsxanalara göndərir. Təəssüf ki, bu siyasət yenə də davam edir”.


Teqlər:





Xəbər lenti