Həftəsonu temperatur normadan 4 dərəcə yüksək olacaq

   Həftəsonu temperatur normadan 4 dərəcə yüksək olacaq
  03 İyun 2022    Oxunub:766
Yaxın günlər ərzində ölkə ərazisində nisbətən mülayim, sabit az küləkli hava davam edəcək
Bunu AzVision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, havanın temperaturu hazırda çox illik iqlim norma göstəricilərindən bir qədər yüksəkdir:

"Bu fərq 4 dərəcəyə qədərdir. Belə temperatur rejimi iyunun 4, 5 və 6-sı tarixlərində də davam edəcək. İyunun 6-sı tarixində temperatur bu günlə müqayisədə hətta 2 dərəcə yüksək olacaq. Mülayim Cənub-Şərq istiqamətli küləyin üstün olacağı gözlənilir. Əksər rayonlarda sabit, yağmursuz hava gözlənilir".

AzVision.az


Teqlər:



Xəbər lenti