"Heydər Əliyev Fondu uşaqların hüquqları ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirir"
Birinci vitse-prezidentin təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 40-dan çox uşaq müəssisəsinin əsaslı şəkildə yenidən qurulduğunu xatırladan millət vəkili bildirib ki, bu tədbirlərin məqsədi uşaqları qayğı ilə əhta etməkdir.
“Yenidən qurulan uşaq müəssisələri müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar tikilib. Qeyd etdiyim bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları inşa edilib. “Məzun evi” kimi fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub”, - deyə deputat qeyd edib.
S.Məmmədov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpasına dəstək Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. O qeyd edib ki, daun sindromlu uşaqların, talassemiya xəstəsi olan uşaqların müalicəsinə Heydər Əliyev Fondu tərəfindən davamlı dəstək verilir.
Millət vəkili vurğulayıb ki, uşaqlara göstərilən diqqət və qayğı dövlətin öz vətəndaşına həssas münasibətini ifadə etməklə yanaşı, onun gücünün, insani dəyərlərə sədaqətinin göstəricisidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


