Ötən ay sərhəddə 316 kq narkоtik aşkarlanıb

Ötən ay sərhəddə 316 kq narkоtik aşkarlanıb
  01 İyun 2022    Oxunub:1739
Ötən ay narkоtik vasitələrin daşınması ilə mübarizə tədbirləri nəticəsində 316 kq 240 qram narkоtik vasitəyə və 8010 ədəd psixotrop həbə bənzər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AzVision.az -a verilən məlumata görə, narkotik qaçaqmalçıları 1 halda sərhəd naryadlarına silahlı müqavimət göstərib.

Qanunvericiliyə uyğun olaraq sərhədçilərin silah tətbiq etməsi nəticəsində cinayətkarların əraziyə atdıqları 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı avtomat götürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti