"Bu il 478 ailənin mübahisəsi müsbət həll edilib"

   "Bu il 478 ailənin mübahisəsi müsbət həll edilib"
  31 May 2022    Oxunub:1333
2022-ci ilin 5 ayı ərzində mediasiya təşkilatları olmayan regionlar üzrə Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı olan regionlarda (Bakı, Gəncə və Lənkəran) mediasiya təşkilati tərəfindən bölünən ümumi işlərin sayı 15 018 olub.
AzVision.az xəbər verir ki, bu fikirləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib. O bildirib ki, bunlardan 12872-si ailə mübahisəsi, 1550-si kommersiya mübahisəsi, 596-sı əmək mübahisələri ilə bağlı olub:

"Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı 4821 olub. Ailə müraciətlərinin sayı 4238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 olub. Bu dövrdə Bakı üzrə 15 Mediasiya Təşkilatına daxil olan ümumi müraciətlərin sayı 10197 olub".

N.Adilov qeyd edib ki, cari ilin 5 ayında əldə olunan barışıq sazişlərinin sayı 568 olub: "Bunun 478 i ailə münaqişələrin, 124-ü kommersiya, 101 i əmək münasibətlərində əldə olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti