"Pulsuz hüquqi yardım çox həssas məsələdir"- Anar Bağırov

  "Pulsuz hüquqi yardım çox həssas məsələdir"-     Anar Bağırov
  31 May 2022    Oxunub:1007
Ölkəmizdə ehtiyacı olan şəxslərin mülki işlər üzrə ödənişsiz hüquqi yardıma əlçatanlığı məhduddur. Birinci instansiya və Apelyasiya məhkəmələrində deyil, kassasiya şikayətinin yazılması, ali məhkəmədə iştirak və əlavə kassasiya şikayətinin yazılması və iştirakla bağlı aztəminatlı vətəndaşlar dövlət hesabına vəkillə təmin oluna bilirlər.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bugün pulsuz hüquqi yardım məsələsi çox həssas məsələdir:
"Pulsuz hüquqi yardımla bağlı qanunda müvafiq standart yoxdur. Bu çox çətin məsələdir. Ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımların göstərilməsi üçün qanuna dəyişiklik edilməli və həmin şəxslərin pulsuz hüquqi yardıma əlçatanlığı təmin edilməlidir. Bu istiqamətdə də Vəkillər Kolleqiyası Mediasiya Şurasına tam dəstək verməyə hazırdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti