Firəngiz Əlizadə Prezidentin fəxri diplomu ilə təltif edildi

   Firəngiz Əlizadə Prezidentin fəxri diplomu ilə təltif edildi
  27 May 2022    Oxunub:753
Firəngiz Əliağa qızı Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədridir. Sabah onun 75 yaşı olur.

AzVision.az



Teqlər: Diplom  





Xəbər lenti