İrəvanda MTX zabitləri etiraz aksiyası keçirirlər - VİDEO

   İrəvanda MTX zabitləri etiraz aksiyası keçirirlər -    VİDEO
  27 May 2022    Oxunub:1665
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin(MTX) ehtiyatda olan zabitləri(əsasən polkovniklər-red.) hazırda MTX-nin binası qarşısında etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, etirazçılar polisin bir neçı gün əvvəl Puşkin küçəsində yaratdığı bir insidentə etiraz edirlər.

- Həmkarımın polis maşınında olduğunu gördük. Uşaqlara dedim ki, o zərəçəkən şəxsin valideynidir, ona toxunmayın!. Amma onu döyüblər, sonra da polis bölməsinə aparıblar və bir neçə saatdan sonra sərbəst buraxıblar, - ehtiyatda olan polkovniklərdən biri jurnalistlərə deyib.

O qeyd edib ki, insidentlə bağlı indiyədək heç bir rəsmi araşdırma aparılmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti