"Biz türk dünyası olaraq bu rekordu qırdıq" - Batuhan Yeşilyurt

 "Biz türk dünyası olaraq bu rekordu qırdıq" -  Batuhan Yeşilyurt
  27 May 2022    Oxunub:1832
"Azərbaycanda Bakı Sağlamlıq Mərkəzində “TURKOVAC” vaksinin üçüncü faza sınaqları başlayıb. Mart ayından etibarən könüllü inaktiv peyvənd olunan şəxslərə üçüncü doza olaraq “TURKOVAC” vaksini vurulur. Həmin şəxslər izlənilir və indiyə qədər heç bir problem yaşanmayıb”.
Bunu AzVision.az - a açıqlamasında “TEKNOFEST Azərbaycan” festivalında “TURKOVAC” stendi ilə təmsil olunan “Türkiyə Sağlamlıq İnstitutları” Sədrliyinin elmi araşdırmalar və layihə rəhbəri Batuhan Yeşilyurt deyib.

O bildirib ki, üçüncü faza sınaqlarının bitməsi üçün 300 nəfərə peyvənd vurulmalıdır:

“Hələ könüllü qəbulu davam edir. Say tamamlandıqdan sonra Azərbaycan hökümətinin razılığı ilə vaksinin burada geniş şəkildə istifadəsinə başlanılacaq. Artıq Türkiyədə vaksinin “təcili istifadə” üçün rəsmi rəyi alınıb və geniş istifadə olunur”.

B.Yeşilyurt bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatından vaksinlə bağlı razılığı almaq üçün işlərə başlanılıb:

“Bu uzun və çətin işdir, lakin bizim danışıqlarımız davam edir. Sənədlər hazırlanıb ÜST-ə təqdim olunacaq”.

Layihə sədri qeyd edib ki, Ddünyada COVID əleyhinə peyvənd icad etmək və azsaylı ölkələr arasında böyük uğurdur:

“Vaksinin özəlliyi onun tamamilə türk elm adamları tərəfindən icad olunmasıdır. Bu vaksin heç bir xarici kömək olmadan düzəldilib. Biz vaksini tez zamanda tamamlamağa çalışdıq, dünyada bəzi ölkələr bizdən daha öncə başladı və texnologiyaları bizdən fərqlidir. Bizim peyvəndimiz inaktiv olduğu üçün hazırlanma prosesu 22 aya bitdi və bu, çox yaxşı rəqəmdir. Normalda peyvəndin hazırlanması üçün 6 və daha çox il lazım olur. Biz türk dünyası olaraq bu rekordu qırdıq.

İki ildir işlər aparılır və artıq sona gəldik. Türk dünyasında belə təsdiq olunmuş peyvənd yoxdur və “TURKOVAC” dünyada istifadə edilən 9 peyvənddən biridir. Artıq digər ölkələrlə mübarizə aparacaq səviyyədəyik”.





Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti