"Akıncı" Bakıya qədər necə uçub? - Operatoru açıqladı

"Akıncı" Bakıya qədər necə uçub? -  Operatoru açıqladı
  27 May 2022    Oxunub:5972
"Akıncı" PUA-nın Tekirdağdan qalxaraq, Gürcüstan üzərindən keçməklə 2100 km. yolu qət edərək, Bakıya enməsi 5 saat vaxt aparıb. Həmin vaxt ərzində heç bir problem yaranmayıb. Bu sözləri AzVision.az-a açıqlamasında PUA-nın operatoru Koksal Ümüzer deyib.
O bildirib ki, PUA-nın uçuşu mülki uçuşlardan fərqlənməyib: “Normal uçuşlarda olduğu kimi icazələr alaraq gəldik. İcazələri almağa 20 günə yaxın vaxt gedib. Uçuşumuz 4-5 nəfərlik qrupla reallaşdırıldı. Eyni zamanda Bakıda da 3 nəfərlik heyətimiz var idi”.

"Akıncı"nın operatoru "TEKNOFEST Azərbaycan” festivalının şən və izdihamlı olduğunu qeyd edib: “Burada olmaq həyacanvercidir. İştirakçıların böyük marağını görürük. Həyacan və maraq baxımından Azərbaycandakı festival Türkiyədən geri qalmır. Burada oradakı izdihamı görürük”.

K.Ümüzer Bakını gəzdiyini, Qız Qalası və İçərişəhərdə olduğunu deyib.











Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti