"Bu qanun Prezidentin imzası ilə gəlib” - Valeh Ələsgərovdan deputata cavab

   "Bu qanun Prezidentin imzası ilə gəlib” -    Valeh Ələsgərovdan deputata cavab
  27 May 2022    Oxunub:906
“Bu qanunun konstitusiyaya zidd olduğunu deyənlər var. Bu qanun Prezidentin imzası ilə gəlib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib. O bildirib ki, biz bir il bu qanunun üzərində işləmişik:

“Azərbaycanda xarici şirkətlər üçün şərait yaratmaq bizim məqsədimizdir. Məqsəd Azərbaycan iqtisadiyyatını güclü iqtisadiyyata çevirməkdir. “Ələt azad iqtisadi zonası haqqında” qanunun hazırlanmasında Prezident Adminstrasiyasının müvafiq şöbələri, nazirliklər iştirak edib. Prezidentin imzası, Adminstrasiyanın müvafiq şöbələri, nazirliklər, komitələrdən keçəndən sonra bu qanunun konstitusiyaya uyğun olmadığını söyləmək düzgün deyil. Mən bir ilə yaxın deputatlarla bu binada oturdum. Bir nəfər olsun gəlib işlərin necə getdiyini soruşmadı, niyə burda oturduğumuzla maraqlanmadı. Buna görə də xahiş edirəm imkan varsa, gəlin yerində bütün məsələlərə baxın. Dədə-baba evim olduğuna görə həyəcanla danışdım"

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev "Ələt azad iqtisadi zonası" haqqında qanunda konstitusiyaya zidd müddəalar olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti