Daxili Qoşunların hərbçisi Ağdamda minaya düşdü

      Daxili Qoşunların hərbçisi Ağdamda minaya düşdü
  27 May 2022    Oxunub:745
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb. Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti