Consonun Ukrayna ilə bağlı “gizli planı” üzə çıxdı

   Consonun Ukrayna ilə bağlı    “gizli planı”    üzə çıxdı
  27 May 2022    Oxunub:1380
Böyük Britaniyanın Baş naziri Boris Conson “gizli plan” hazırlayıb və Ukrayna Prezidenti Volodimir Zelenskini yeni beynəlxalq alyans yaratmağa dəvət edib. Bu barədə “Corriere Della Sera” qəzeti mənbələrə istinadən yazır.
Qəzetin yazdığı kimi, London Brüsseldən qorxan və “ruslarla maksimum barışmazlığa” hazır olan ölkələr arasında yeni siyasi, iqtisadi və hərbi sazişlər sistemini - Avropa İttifaqına alternativ yaratmağı təklif edir.

Conson modeli Böyük Britaniyanın rəhbərlik etdiyi birliyin yaradılmasını nəzərdə tutur. Gözlənildiyi kimi, buraya təkcə Avropa ölkələri - Ukrayna, Polşa, Estoniya, Latviya və Litva deyil, eyni zamanda Türkiyə də daxil olacaq.

Yazıda qeyd edildiyinə görə, Conson “bir aydan çoxdur ki, bu toru toxuyur” – o, bu təşəbbüsü ilk dəfə aprelin əvvəlində Kiyevdə görüşləri zamanı Zelenskiyə təqdim edib. Kiyev hələlik bu təkliflə bağlı mövqe bildirməyib.

“London rəsmisinin Kiyevə səfərindən sonra danışıqlar davam edir və Böyük Britaniyanın Ukraynaya münasibəti getdikcə daha israrlı olur”, – deyə məqalədə bildirilir.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti