Deputatdan təklif: “Dövləti təhqir edənlərə qarşı mübarizə aparanlara orden verilsin”

      Deputatdan təklif:    “Dövləti təhqir edənlərə qarşı mübarizə aparanlara orden verilsin”
  27 May 2022    Oxunub:1158
Milli Məclisin iclasında deputat Siyavuş Novruzov yeni medalın təsis olunmasını təklif edib.
Siyavuş Novruzov deyib ki, Azərbaycan dövlətinə, Milli Məclis ünvanına bəzi bloqerlər təhqiramiz fikirlər səsləndirir.

“Bu gün ətraf mühiti pozan, xalqın milli mədəni dəyərlərinə ziyan gətirən blogerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarını , həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər, medallar da təltif etmək lazımdır”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər: Deputat  





Xəbər lenti