İrəvanda mitinq - Monteneqro Prezidenti arxa qapıdan qəbul edildi - VİDEO

  İrəvanda mitinq  - Monteneqro Prezidenti arxa qapıdan qəbul edildi -  VİDEO
  27 May 2022    Oxunub:2036
Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Monteneqro prezidenti Milo Cukanoviçin görüşü planlaşdırılan qaydalar üzrə baş tutmayıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mərtbuatı məlumat yayıb.
İrəvanda gərginlik: Prezident iqamətgahı blokadaya alındı - CANLI
"Gözlənildiyi kimi ali qonaq hərbi orkestrin ifasında fəxri qarovul dəstəsi və hər iki ölkənin himnlərinin sədaları ilə qarşılansa da, rəsmi mərasim həmişəki kimi iqamətgahın əsas girişində deyil, arxa həyətdə keçirilib. Görüş bir gün əvvəl baş tutmalı idi, lakin müxalifətin “Müqavimət” hərəkatı Monteneqro prezidentini ayaq üstə "müşayiət etmək" niyyətində olduğunu açıqlayıb. Bununla da etirazçılar xarici nümayəndə heyətlərinə nümayiş etdirmək istəyirlər ki, ölkə hakimiyyətinin erməni xalqı adından görüşmək və danışıqlar aparmaq səlahiyyəti yoxdur", - məqalədə yazılıb.

Bildirilir ki, İrəvanda prezident iqamətgahına yürüş planlaşdırılsa da, sonradan hərəkatın koordinatoru daşnak vitse-spiker İşxan Saqatelyan prezidentlərin görüşünün ləğv edildiyini açıqlayıb. Amma müxalifət hökumət binası yaxınlığında piket keçirib və Cukanoviç burada baş nazir Nikol Paşinyanla görüşürmüş.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Prezident   Müxalifət   Monteneqro  





Xəbər lenti