DSX-nin hərbçisi intihar etdi

   DSX-nin hərbçisi intihar etdi
  26 May 2022    Oxunub:1157
May ayının 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.
AzVision.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti