"Yenidən yanımıza qayıtdığı üçün şükür edirəm" - Səlim Müslümovun atası

   "Yenidən yanımıza qayıtdığı üçün şükür edirəm" -    Səlim Müslümovun atası
  26 May 2022    Oxunub:1324
Xəbər verdiyimiz ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Sabiq nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında məhdudiyyətli olsa da, oğlunun azadlığa çıxmasına çox sevindiyini bildirib. Bununla belə, o, S.Müslümovun səhhətilə bağlı nigaranlığını ifadə edib:
"Səlim hazırda Bakıda, evindədir. Səhhətilə bağlı narahatlığı var. Ümid edirik, müalicə ilə keçər. Xəstə də olsa, yenidən yanımıza qayıtdığı üçün şükür edirəm. Allah bütün bağlı qapıları açsın".

Göz yaşlarına hakim ola bilməyən Y.Müslümov əlavə şərh vermək istəməyib.

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi.

Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti