"Qarabağda televiziya yayım sistemi istismara veriləcək" - Nazir müavini

   "Qarabağda televiziya yayım sistemi istismara veriləcək" -    Nazir müavini
  26 May 2022    Oxunub:1142
"Televiziya yayımları üzrə artıq plan üzrə işlər gedir. Yaxın vaxtlarda biz Hadrutda, Şahyeridə televiziya yayım sistemini istismara verəcəyik". AzVision.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
O, bildirib ki, bu, ölkənin böyük bir hissəsinin kefiyyətli televiziya və radio yayımları ilə əhatə olunmasına yönəldiləcək.

"Konkret fəaliyyət proqramı var. Biz bir neçə istiqamətdə yüksək sürətli internetin çəkilməsi üçün də işlər aparırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti