Səlcuq Bayraktar "Qarabağ Azərbaycandır!" dedi

   Səlcuq Bayraktar "Qarabağ Azərbaycandır!" dedi
  25 May 2022    Oxunub:1398
""TEKNOFEST" vəsiləsilə Azərbaycana gəlmək və xarici ölkədə keçirilən ilk festivalın Can Azərbaycanda olması bizim üçün həyəcanvericidir".
AzVision.az xəbər verir ki, "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səcuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

"Festivala yüksək təlabatın olmasını gözləmirdik. Amma indidən "TEKNOFEST"ə insanların belə kütləvi gəlməsi sevinclidir. Düşünürdük ki, ilk dəfə keçirilən festivala az iştirakçı gələcək. Amma düşüncələrimizin əksinə, festival çox coşqulu keçəcək.

Bu səhər gənclərlə də görüşdüm. İndiyə qədər aparılan hazırlıq, təşkilatı işlər yüksək səviyyədədir. Burada rəngarəng proqramlar olacaq. Müxtəlif uçuş şouları nümayiş etdiriləcək".

Daha sonra Səlcuq Bayraktar Azərbaycan dilində "Qarabağ Azərbaycandır!" deyib.

""TEKNOFEST"in bir şüarı var, onu Azərbaycanca səsləndirmək istəyirəm: "Bir uşaq gəlsin, təyyarəyə toxunsun. Bəlkə, gələcəkdə ölkələrimizin müdafiəsində istifadə olunacaq təyyarələri, puaları hazırlayacaq, ölkələrimizin kosmosa çıxmasına vəsilə olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti