"Rusiyanın raket ehtiyatı tükənir" - Ukrayna kəşfiyyatı

         "Rusiyanın raket ehtiyatı tükənir" -    Ukrayna kəşfiyyatı
  25 May 2022    Oxunub:1061
Rusiya yüksək dəqiqlikli silah ehtiyatlarının 60%-dən istifadə edib. AzVision.az xəbər verir ki, bunu yerli mediaya açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
“İsgəndər” raketləri Ukrayna-Belarus sərhədində
Saytlar yazırlar ki, müharibənin ilk iki ayında Moskva xaotik raket hücumları həyata keçirdi. Zaman keçdikcə vəziyyət dəyişdi. Kəşfiyyat rəsmiləri bildirirlər ki, Rusiya qoşunlarının yüksək dəqiqlikli silah ehtiyatları artıq tükənir.

- Bu gün əgər yüksək dəqiqlikli silahlardan danışırıqsa, o zaman əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, ehtiyatların təxminən 60%-i artıq istifadə olunub, - kəşfiyyat rəsmisi deyib. Onun sözlərinə görə bəzi silah növləri var ki, bu rəqəm hətta 70%-dən çoxdur. O qeyd edib ki, xüsusi tənzimləyici tələblər var ki, bu da silah və sursatların orduda müəyyən həddə qorunub saxlanılmasıdır. Həmin tələblərin pozulmasından biri isə "İsgəndərlər"ə aid edilir. Bu raketlər demək olar ki, məlum arzuolunmaz həddə çatıb.

Eyni zamanda o qeyd edib ki, ruslar sovet dövründə olduğu kimi tükənən ehtiyatlarını surətli şəkildə bərpa edə bilmirlər. Çünki bəzi kompenentlər xaricə bağlıdır və sanksiyalara görə çətinlikər yaşanır. Ona görə də ruslar bu cür silahlardan istifadə taktikasını dəyişiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Raket   Kəşfiyyat  





Xəbər lenti