Rusların qaçıb gizləndikləri hər yeri vurdular - VİDEO

   Rusların qaçıb gizləndikləri hər yeri vurdular -    VİDEO
  25 May 2022    Oxunub:1326
Ukrayna hərbçiləri Rusiya ordusunun mövqelərini bombalayıb. AzVision.azxəbər verir ki, artilleriya ilə həyata keçirilən uğurlu əməliyyata dair görüntülər xarici KİV-in diqqətini çəkib.
Sadə dronlarla rusların başına mərmi yağdırdılar - VİDEO
Bildirilir ki, artilleriyanın dəqiq atışları rus hərbçilərin mövqeləri ataraq geri qayıtmasına, qaçmağa səbəb olub.

"Ukrayna Strateji Kommunikasiyalar Mərkəzi hücumun knyaz Konstantin Ostroqskinin adını daşıyan 30-cu Mexanikləşdirilmiş Briqadanın üzvləri tərəfindən həyata keçirildiyini bəyan edib. Kadrlardan da aydın şəkildə görünür ki, binalara, səngərlərə və zirehli maşınlara bomba "yağışı" yağarkən rus əsgərləri qaçıb gizlənməyə yer tapmırlar. Onların ayaq basdıqları hər yer hədəfə çevrilir. Kremlin hələ də "xüsusi hərbi əməliyyat" adlandırdığı bu işğal Rusiya qoşunları üçün cəhənnəm yoluna çevrilir... Bu gün müharibənin 91-ci günüdür", - xarici KİV yazıb.

"The Sun" nəşri də məlum videonu yayaraq ukraynalı artilleriyaçıların məharətlərini öyüb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Artilleriya  





Xəbər lenti