"Kinoya ayrılan pulun yarısını kəsmək olar" - Palata sədri deputata cavab verdi

   "Kinoya ayrılan pulun yarısını kəsmək olar" -    Palata sədri deputata cavab verdi
  25 May 2022    Oxunub:685
“Rüfət müəllim kino çəkilməsinə vəsaitin artırılmasını təklif edir. Amma biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsmək olar.
AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”, - deyə Palata sədri bildirib.

Qeyd edək ki, deputat Rüfət Quliyev bildirib ki, Azərbaycanda kino çəkmək üçün hər il dövlət büdcəsindən 5-6 milyon manat vəsait ayrılır. Onun sözlərinə görə, həmin pulla indi ancaq cizgi filmi çəkmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti