Mustafa Abbasbəyli: "100 minlik dövriyyəsi olan restoranın rəsmi 1 işçisi var"

      Mustafa Abbasbəyli:    "100 minlik dövriyyəsi olan restoranın rəsmi 1 işçisi var"
  25 May 2022    Oxunub:1288
"İctimai iaşə müəssisələrində aparılan təhlillər zamanı müəyyən edilib ki, 100 min manat dövriyyəsi olan restoranın rəsmi olaraq cəmi 1 işçisi var. Deməli burada qeyri-formal məşğulluq mövcuddur".
AzVision.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O qeyd edib ki, reallıqda 100 minlik dövriyyəsi olan restoranda isə 5 və ya daha çox işçi çalışır:

"Deməli, işçi sayı ilə bağlı uyğunsuzluqlar var. Bundan başqa, ölkədə qeyri-formal məşğulluğu olmayan müəssisələr də var. Həmin təşkilatların iqtisadiyyata töhfəsi ilə bağlı müəyyən addımlar atılmalıdır".

AzVision.az


Teqlər:





Xəbər lenti