Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü
  23 May 2022    Oxunub:1091
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.
AzVision.az xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.

O bildirib ki, görüşdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri, investisiya sahəsində əməkdaşlıq və yeni layihələrin icrası ilə bağlı fikirlər bölüşülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti