Azərbaycan iqtisadiyyatı yüksək göstəricilər nümayiş etdirir - Nazir

   Azərbaycan iqtisadiyyatı yüksək göstəricilər nümayiş etdirir -    Nazir
  23 May 2022    Oxunub:987
Bu gün Azərbaycan iqtisadiyyatı həm maliyyə baxımından, həm də yekun nəticə baxımından yüksək göstəricilər nümayiş etdirir.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Biz bu gün regional əməkdaşlığın artmaqda olan vacibliyini görürük. Orta Dəhliz təkcə region üçün deyil, həm də Çindən Avropaya yük axını üçün vacib marşruta mevrilib", - nazir deyib.

Onun sözlərinə görə, son onilliklərdə qonşu ölkələrlə əməkdaşlıqda nəqliyyat və infrastruktura qoyulan investisiyalar bu gün nəticə verir.

Enerji sektoruna gəldikdə, M.Cabbarov qeyd edib ki, "yaşıl" enerjiyə tezliklə keçidi reallaşdırmaq lazımdır. Amma bu kontekstdə daha çox müzakirələr aparmaq lazımdır.

Nazir əlavə edib ki, ərzaq təhlükəsizliyi qiymət artımı və təklif azlığı qarşısında həssasdır, amma Azərbaycanın güclü maliyyə mövqeyi, xarici borcun ÜDM-yə nisbətdə az olması və enerji ehtiyatları axını bu riski azaldır.

AzVision.az



Teqlər:





Xəbər lenti