QHT-lərlə bağlı qanunvericilik təkmilləşdirilir

QHT-lərlə bağlı qanunvericilik təkmilləşdirilir
  23 May 2022    Oxunub:370
İctimai iştirakçılıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bizə təkliflər daxil olmaqdadır.
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.

Onun sözlərinə görə, bu təkliflər QHT Agentliyinin dəstəyi ilə regionlarda keçirilən zona müşavirələrində də səsləndirilir:

“İyun ayının ikinci yarısında biz yekun konfransı Bakı şəhərində keçirməyi düşünürük. Həmin təkliflərin də orada səsləndirilməsi planlaşdırılır. Ümumi təkliflər müzakirə edildikdən sonra Milli Məclisə təqdim olunacaq”.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti