Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək
Onun sözlərinə görə, yeni yolun inşasını Türkiyənin "Kolin İnşaat" şirkəti həyata keçirəcək. "Amma hələlik layihə plan şəklindədir və icrasına başlanılmayıb" - deyə Cemal Yanğın əlavə edib.
Qeyd edək ki, "Kolin İnşaat" işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrin icrasında iştirak edir. Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.( APA)
AzVision.az
Teqlər: