Şuşaya avtobus reyslərinin sayı artırılır

 Şuşaya avtobus reyslərinin sayı artırılır
  23 May 2022    Oxunub:692
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıiyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Bakı–Şuşa–Bakı istiqamətində reyslərin sayının artırılmasını qərara alıb.
Nazirlikdən AzVision.az-a verilən məlum ata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

Təhlillər nəticəsində Bakı–Şuşa–Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Şuşaya həftədə 5 dəfə səfər edə biləcəklər.

AzVision.az



Teqlər: Uşaq  





Xəbər lenti