Doğumu qeydiyyata alınmayan uşaqların statistikası

   Doğumu qeydiyyata alınmayan uşaqların    statistikası
  23 May 2022    Oxunub:444
Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistika məlum olub.

AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, son 5 ildə 6 852 bu cür hal olub, onlardan 6 458-i qeydiyyata alınıb.

“2018-ci ildə 2 167 belə hal olub, onlardan 2054-ü qeydiyyata götürülüb. 2019-cu ildə bu rəqəm 1980 olub, 1813-ü qeydiyyata alınıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqlarının sayı 1312 olub, onlardan 1205-i qeydiyyata götürülüb. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. Belə ki, 2021-ci ildə 972 uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-i qeydiyyata alınıb. Bu il mayın 1-ə qədər isə bu rəqəm 449-dur, onlardan 421-i aşkar edilərək qeydiyyata götürülüb”, - İdarə rəisi qeyd edib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti