Bakıda evdən 62 min dollar oğurlanıb

Bakıda evdən 62 min dollar oğurlanıb
  23 May 2022    Oxunub:876
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
DİN-dən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az


Teqlər: Dollar  





Xəbər lenti