Əfv Komissiyasının sonuncu iclası keçirildi, siyahı Prezidentə təqdim ediləcək -YENİLƏNİB

Əfv Komissiyasının sonuncu iclası keçirildi,   siyahı Prezidentə təqdim ediləcək -YENİLƏNİB
  23 May 2022    Oxunub:1455
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
AzVision.az xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

***
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

AzVision.az -ın xəbərinə görə, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.

AzVision.az



Teqlər: Əfv  





Xəbər lenti