Tovuzda 10 nəfəri it dişlədi, 1 azyaşlı Bakıya gətirildi

      Tovuzda 10 nəfəri it dişlədi,    1 azyaşlı Bakıya gətirildi
  21 May 2022    Oxunub:1713
Bu gün 10 nəfər it dişləməsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri almış şəxslərə ilkin təxirəsalınmaz tibbi yardım göstərilib, zəruri vaksin vurulub.
9 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfər azyaşlının vəziyyəti nisbətən ağır qiymətləndirildiyindən müalicə üçün Bakıya təxliyyə olunub.

Qeyd edək ki, Tovuzun Xatınlı, Qaraxanlı və Əlimərdanlı kəndlərində eyni it küçədə qarşısına çıxan insanları dişləyib. İt həmin şəxslərin daha çox qol, boyun, kürək və sifət nahiyələrini dişləyərək xəsarətlər yetirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti