Sabah 29 dərəcə isti olacaq

Sabah 29 dərəcə isti olacaq
  21 May 2022    Oxunub:377
Mayın 22-də ölkədə havanın temperaturu 29 dərəcəyədək artacaq.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

AzVision.az

Teqlər: Temperatur  







Xəbər lenti