Qanunsuz ağac kəsməyə görə cərimələr artırılır

Qanunsuz ağac kəsməyə görə cərimələr artırılır
  20 May 2022    Oxunub:1794
“Bu il üçün Azərbaycanda qanunsuz ağac kəsimi ilə bağlı 124 iş hüquq-mühafizə orqanlarına təqdim olunub. Həmin pozuntularla bağlı həbs olunan şəxslər də olub”.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, bu göstərici ötən il üçün 431 olub:

“Qanunsuz ağac kəsilməsi ilə bağlı tədbiq edilən cərimələrin məbləğinin artırılması, eləcə də digər sərt cəza tədbirlərinin həyata keçirilməsi istiqamətində layihə hazırlanır. Hətta bəzi tikinti şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər də qoyula bilər”.

AzVision.az



Teqlər: Polis  



Xəbər lenti