Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradıldı

   Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradıldı
  20 May 2022    Oxunub:2214
Azərbaycanda Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər iki institut yeni yaradılan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərəcək. Bundan başqa, Hərbi Elmi-Tədqiqat İnstitutu da MN-in nəzdində fəaliyyət göstərəcək. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin bazasında yaradılıb.

AzVision.az


Teqlər: Hərbi-Məktəb  



Xəbər lenti