Külək nə vaxt kəsəcək?
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq: “Mayın 21-i səhər saatlarından külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.
Xidmət rəsmisi əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək: “Bəzi yerlərdə şimşək çaxacaq. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək. Mayın 22-dən əksər rayonlarda yağmursuz hava şəraiti olacaq”.
AzVision.az
Teqlər: Külək







Vaxtında, Aydın, Lazımlı!


