Çernobılda zərər görənlərə əlillik müddətsiz veriləcək

   Çernobılda zərər görənlərə əlillik müddətsiz veriləcək
  19 May 2022    Oxunub:795
Çernobılda zərər görən azərbaycanlılara əlillik müddətsiz təyin olunacaq.
AzVision.az -ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən,Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə əlillik müddətsiz müəyyən edilir.

AzVision.az



Teqlər: Çernobıl  





Xəbər lenti