Həccə gedənlər hansı peyvəndi vurdurmalıdır? - QMİ açıqladı

   Həccə gedənlər hansı peyvəndi vurdurmalıdır? -    QMİ açıqladı
  19 May 2022    Oxunub:998
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların koronavirus əleyhinə hansı peyvəndi vurdurmaları dəqiqləşib.
Bu barədə AzVision.az -a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.
“Bizə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub. Orada Azərbaycanda istifadə olunan “SinoVac”, “Pfizer/Biontech”, “Sputnik”, “Astrzaneca” peyvəndlərinin də adları var. Peyvənd olanan 65 yaşa qədər insanlar Həcc ziyarətinə gedə biləcəklər”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti