Əməkdar incəsənət xadimi vəfat etdi

Əməkdar incəsənət xadimi vəfat etdi
  16 May 2022    Oxunub:890
Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.
AzVision.az -ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib. Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında çalışıb.

1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib. 1992-1993-cü illərdə ilk müstəqil “BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən “Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasında, son olaraq “İctimai” TV-də çalışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti