Sahibə Qafarova Baş katiblə görüşdü
Milli Məclisin sədri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi etdiyini, tədbirdən sonra təşkilata sədrliyin Azərbaycana keçəcəyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə İƏTPA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək.
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Milli Məclisin Konfransın keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin hazırki səviyyəsindən razılığını bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: