200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub

200-ə yaxın şəxs Azərbaycandan deportasiya olunub
  16 May 2022    Oxunub:395
Miqrasiya sahəsində inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1133 qərar qəbul edilib.
Bu barədə AzVision.az -a Dövlət Miqrasiya Xidmətindən xəbər verilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı 583, tətbiq olunan cəriməni ödəməklə ölkə ərazisini tərk etmələri barədə 199, ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə 384 olub.

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə ərazisinə girişini məhdudlaşdırma ilə bağlı qəbul edilmiş 469 qərardan 40-ı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 429-u isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilib.

Bunlardan 384-ü Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 45-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 20, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 55, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya ölkədə yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi ilə bağlı isə 6 qərar qəbul edilib.

AzVision.az

Teqlər: DMX  







Xəbər lenti