45 yaşlı kişi itgin düşüb

45 yaşlı kişi itgin düşüb
  19 Aprel 2014    Oxunub:1294
AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, Göyçay sakini, 1969-cu il təvəllüdlü Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq bir daha geri qayıtmayıb.


Ailə üzvləri bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Onun harada olması barədə 10 gündür ki, heç bir məlumat yoxur. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar.

Ehtimal olunub ki, Sərdar Abdullayev intihar etmək məqsədilə özünü kanala atıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları cəlb olunub. İki övlad atası olan Sərdar Abdullayevin meyidi kanalda 5 gün axtarılıb və onun kanala düşərək ölməsi faktı öz təsdiqini tapmayıb. Ehtimal edilir ki, Sərdar Abdullayev sağdır və hazırda haradasa yaşayır. Kanalın kənarına onun paltarının kim tərəfindən atılması faktı araşdırılır. Sərdar Abdullayevin atası Xanlar Abdullayev oğlunun tez-tez intihar edəcəyi ilə bağlı məlumat verməsini bildirib . O, bunun səbəbini özünün şəxsi mağazasında geyim əşyalarının satışı ilə məşğul olan oğlunun və onun həyat yoldaşının bir çox adama pul borcunun olması ilə əlaqələndirib.

Məlumata görə Sərdar Abdullayev aprelin 8-də evdən çıxarkən əynində qara şalvar, qara jaket, qara ayaqqabı olub. Onu görən və harada olması barədə məlumatı olan şəxslərin Göyçay rayon Polis Şöbəsinə məlumat verməsi xahiş olunur.


Teqlər:  





Xəbər lenti